Gözəl saçlarımızın olması üçün nə etməliyik ?

Gözəl saçlarımızın olması üçün nə etməliyik ?
Saçları həftədə 2-3 dəfə yuyursansa, onda üzərində \"mütəmadi istifadə\" (frequent use) yazılmış xüsusi şampunlardan istifadə etməlisiniz.


2. Nəm saçları daramaq olmaz. Onlar əvvəlcə qurumalıdır. Saçlar süngər kimidir, suyu özünə çəkir və ağırlaşır. Onları darayan kimi tökülməyə başlayır.


3. Saçı müntəzəm daramaq onların sağlamlığına yaxşı təsir göstərir. Uzun saçları gündə 2 dəfədən az olmamaq şərtilə daramaq lazımdır. Əvvəlcə onları qalındişli, sonra isə nazikdişli daraqla daramağınız məsləhətdir.


4.Saçları isti deyil, ilıq su ilə yumaq, bir az soyuq su ilə yaxalamaq lazımdır.


5. Saçların yumşaq və parlaq olmasını istəyirsənsə, onda qaynadılmış su ilə və ya 1 vedrə suya əlavə edilmiş 1 xörək qaşığı soda, yaxud borat turşusu ilə yuyun.


6. Qışda sıx baş geyimindən və saç düzümündən əlinizi üzün. Saç soğanaqları qanla yaxşı təmin olunmadığına görə saçlar tökülməyə başlayır.


7. Saçların qalın və gözəl olması üçün tərkibində silisium (yulaf yarması, çörək) və kükürd (yumurta, süd, qarabaşaq, darı yarması) olan ərzaqlarla qidalanın.


8. Saçları yuyarkən saçın dibini yaxşı-yaxşı ovuşdurmaq lazımdır. Bu, saçların tonusunu və qoruyucu funksiyalarını artırır, eləcə də saçların follikul vəzisini möhkəmləndirir.


9 İlk növbədə, saçların sağlamlığına sinir sisteminin vəziyyəti təsir göstərir. Dəliliyin nə qədər çox tutursa, başda bir o qədər tük azalır və saç zəifləyir. Stresin profilaktikası üçün gecə yatmamışdan əvvəl pişikotu məhlulu için.


Çalış saç ayırımınızı tez-tez dəyişin və tellərinizi uzanmasının əks istiqamətində qurulamayın.Quru və normal saçlar üçün maskalardan istifadə edin.


Çörək maskası

- Qara çörəyin içini 2 saatlıq qaynar suda isladın. Alınmış horranı saçlarının dibinə sürtün və 1 saat gözləyin.Sonra isə saçları axar suyun altında yuyun.


Bal maskası

- 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloye şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdırın. Alınmış qarışığı saçlarınıza sürtün və 20 dəqiqə gözləyin. Sonra saçlarınızı şampunla yuyun.


Yumurta

2 ədəd yumurtanı qarışdırın. Saçlarını ilıq su ilə isladaraq qarışığı sürtün. 5-7 dəqiqədən sonra saçlarını şampunla yuyun.

Nəticə: Saçlar daha yumşaq və parlaq olacaq.


Araq

Araq saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni proporsiyada götürdükdən sonra saçlarınızı yuyun.


Yağlı saçlar üçün maska


Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır, saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar; gözəllik qurban tələb edir.


- Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çəkin. Sonra başı polietilen papaq və dəsmalla örtün. Yarım saatdan sonra saçları yuyun.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com