\"Facebook” yaxın günlərdə “Skype” xidməti ilə birgə videoçat funksiyasını təqdim edəcək

\"Facebook” yaxın günlərdə “Skype” xidməti ilə birgə videoçat funksiyasını təqdim edəcək

\"Facebook" yaxın günlərdə "Skype" xidməti ilə birgə videoçat funksiyasını təqdim edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni xidmət brauzerdə işləsə də stolüstü komponent şəkildə də istifadəyə veriləcək.

"Facebook"un yaradıcısı Mark Sukerberq sosial şəbəkənin yeniliyi haqda rəsmi açıqlamanı iyulun 6-da Sietlda (ABŞ) keçirilən konfransda elan edəcək. Lakin bu xidmətdən "Skype"-da qeydiyyata alınmayan ziyarətçilərin istifadəsinin mümkün olub-olmaması hələlik məlum deyil. Ancaq istehsalçılar ümid edirlər ki, yenilik "Skype"–a auditoriyanın cəlb olunmasına yardım edəcək.

Qeyd edək ki, hazırda "Skype" xidmətindən170 milyon ziyarətçi istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə