Super ağaclar- FOTOSESSİYA

Sinqapurda "Supertrees" adlı layihə reallaşmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, nəhəng 25 və 50 metrlik hündürlüyə malik ağaclar körfəzin sahilindən boylanır.

Əslində isə "super ağaclar" botanik bağ üçün maskalanan energetik stansiyalardır. Onların çətirlərində günəş batareyaları yerləşdirilib, onlar bağların işıqlandırılması üçün nəzərdə tutulub.

Ağacların gövdələrində isə yağış suyunu toplayan rezervuarlar gizlədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə