Yaxşı ayaqqabı necə seçilməlidir?

Yaxşı ayaqqabı necə seçilməlidir?

Paltarın daha yaraşıqlı görünməsi üçün geyinilən hüdürdaban ayaqqabılar ayağa daha artıq yük düşdüyü üçün dırnaq problemləri, barmaqlarda narahatlıqlar, burxulma, zədələnmə kimi problemlərə səbəb olur. SİA-nın xəbərinə görə, ancaq idman ayaqqabıları da düşündüyümüz qədər sağlam deyil. Bu tip ayaqqabılar havalandırılmadıqda və təmizliyə riayət edilmədiyi təqdirdə göbələk kimi dəri xəstəliklərinə səbəb olur. Bu səbəbdən ayaqqabı seçərkən bunlara diqqət etmək məsləhətdir. Ayaqqabı almağa axşam gedin. Çünki, ayaqlar gün boyu üzərinə yük düşdüyü üçün şişir. Ayaqlarınız şiş olduğu halda, ayaqqabı seçərkən rahat olduğunuzu hiss edəcəksiniz. Amma bu rahatlıq ayağınızın şişi çəkilənə qədər davam edə bilər. Ayağınızda yoxlamadan almayın. Üzərinə yük düşəndə ayaqlar uzanıb, genişləndiyi üçün satın alacağınız ayaqqabını ayağınızda üstünə basaraq, yoxlayın. Az hündürdaban ayaqqabıları seçin. Topuğun burxulmasının qarşısını almaq üçün daha geniş və alçaqdabanlı ayaqqabıları seçin. Ayaqabının altının geniş olması tarazlığı daha yaxşı qoruyur. Ayaqqabının yüksəkliyi 2,5 sm dən yüksək olmamamlıdır. Ancaq daha yüksək hündürdabanlardan imtina edə bilmirsinizsə, ayaq sağlamlığınızı qorumaq üçün onları az geyinməyə çalışın. İş yerinizdə hündürdanabsız olmaz deyirsinizsə, işə gedib-gələrkən düz ayaqqabılardan istifadə edin. Hər axşam ayaqlarınızı ilıq suda 5-10 dəqiqə saxlayın, masaj edin. Geniş burunlu ayaqqabılar alın. Burnu şiş uclu ayaqqabılar barmaqların quruluşunda problemlər yarada bilər. Ön qismi geniş olan ayaqqabıları seçmək daha məsləhətlidir. Yumşaq dabanlıları seçin. Ayaqqabının dabanının yumuşaq olması sağlamlıq üçün çox önəmlidir. Çox qalın və yumşaq olmayan ya da çox incə olan ayaqqabılar ayaq, daban və oynaqlara artıq yük salaraq, ağrıya səbəb olur. Ayaqqabının iç quruluşu və yüksəkliyinə diqqət edin. Ayaqqabının iç qismi çox sürüşkən və sərt olmamalıdır, ayaq hərəkətlərinə dəstək verəcək formada olmalıdır. Neylon maddəli ayaqqabı almayın. Ayağınızın hava alması üçün dəridən olan ayaqqabılara üstünlük verin. Neylondan olan ayaqqabılardan qaçın. Satıcılara aldanmayın. Ayaqqabını yoxlayarkən ayağınızı sıxırsa, satıcının bir müddət sonra açılacaq deməsinə inanmayın. Çünki, düzgün ayaqqabıda belə bir şey olması mümkün deyil. Barmaqla ayaqqabının ucu arasında yarım santimetr boşluq qalmasına diqqət edin. Ortopedik seçin.Ortopedik ayaqqabılar alın. Bu tip ayaqqabılar daşıyıcı nöqtələri dəstəklədiyi üçün bədənin rahat hərəkət etməsinə kömək edir və yorulmağınızı gecikdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə