“Qara Səhra”nın gözəlikləri - FOTOSESSİYA

“Qara Səhra”nın gözəlikləri - FOTOSESSİYA

ABŞ-ın Nevada ştatında yerləşən "Qara Səhra" planetin ən möhtəşəm yerlərindən biridir, burada qaynar qeyzerlər səmaya qədər qalxır. SİA-nın məlumatına görə, bu səhra hələ qədim zamanlarda quruyan Laontan gölünün bir hissəsidir. Göl eramızdan 17-18 min il əvvəl, sonuncu buz dövrü zamanı mövcud olub.

Qara Dağ Səhrası şimal-qərbi Nevadada qapalı göldür. Səhranın uzunluğu 110, eni isə 32 kilometrdir. Bu, böyük baseynin bir hissəsidir. Səhrada çoxsaylı vulkanik və geotermik ərazilər var. Qeyzerin yerləşdiyi ərazilərin sahiblərinə bir neçə dəfə oranı satmaq təklif olunub, lakin sakinlər bundan imtina ediblər. Ərazi hasarlanıb. Ona görə də, turistlər bura gəlməzdən öncə sahiblərdən icazə almalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə