Cinayətkarın fotosu rekord qiymətə satılıb – FOTO

Cinayətkarın fotosu rekord qiymətə satılıb – FOTO
ABŞ-ın Kolorado ştatının Denver şəhərindəki hərracda ölkə tarixinin ən məşhur cinayətkarlarından biri olan Billy the Kidə aid olan yeganə fotoşəkil satışa çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, fotoqrafiyanın yeni yarandığı illərdə metal lövhələr istifadə edilərək çəkilən foto-portretin tarixinin 1879, ya da 1880 il olduğu güman edilir.
Billy the Kidin Nyu-Mexiko ştatının Fort Sumner qəsəbəsində çəkdirdiyi fotoşəkili, start qiymətindən altı dəfə çox ödəyən kolleksiyaçı Uilyam Koç tərəfindən satın alınıb.
Kolleksiyaçı nadir fotoşəkilə 2 milyon 300 min dollar ödəyib.
Billy the Kid çəkdirdiyi fotoşəkili dostu Dan Dendrikə verib və fotoşəkil bu günə qədər Dendriklər ailəsində qorunub.
Hərrac salonunun direktoru Melissa McCrackenin "Amerikan Vəhşi Qərbinin klassik bir obrazı" deyə xarakterizə etdiyi fotoşəkil, məşhur Billy the Kidə aid yeganə fotoşəkil olması səbəbiylə böyük maraq doğurmuşdu.
Nyu Yorkda doğulan Billy the Kid atasının ölümündən sonra anası və qardaşlarıyla Koloradoya daşınaraq, burada soyğun və qeyri-qanuni fəaliyyətlərlə dolu bir həyatın içinə atılmışdı. Amerikanın cənub əyalətlərində və Meksikanın şimalında illər boyu axtarılan Billy the Kidin 21, bəzi qaynaqlara görə isə 27 adamı öldürdüyü söylənilir.
Ən nəhayət tutulub məhkəməyə çıxarılan Billy the Kid 1878-ci ildə bir polis şerifini öldürməkdə ittiham olunaraq ölümə məhkum edilmiş, lakin həbsxanadan qaçmağı bacarmışdı.
Daha sonra şerif Patrik Floyd Qarret uzun axtarışlardan sonra küncə qısdırdığı Billy the Kidi 1881-ci ildə öldürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə