Bugün hava necə olacaq?
Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosundan verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.
Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 750 millimetr civə sütunundan 755 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65 faiz, gündüz 45-50 olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 22-23 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə