Sabiq birinci xanımın 9 milyon dollarlıq cəvahiratı ələ keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İspaniya rəsmiləri xəbər verib. Onların bildirib ki, bir zamanlar Argentinanın sabiq birinci xanımı olan Eva Perona məxsus olan cəvahirat ələ keçirilib. Tarixi kolleksiya İtaliyanın Milan şəhərindəki mehmanxanada İtaliya polisinin yardımı ilə aşkar edilib. İşlə bağlı 6 serb nəzarət altına alınıb.
9 milyon dəyəri olan zinət əşyaları 2009-cu ildə İspaniyanın Valensiya şəhərində oğurlanmışdı. Oğurlanan digər əşyalar isə hələ tapılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB