Misir Ərəb Respublikası Afrika qitəsinin şimal-şərqində və Asiyada Sinay yarımadasında yerləşir. SİA-nın araşdırmalara əsasən verdiyi xəbərə görə, Misir dünyanın ən qədim ölkələrindən biridir. Onun 5 min ilə yaxın yaşı var. Misir şahlarının – fironların məqbərələri olan möhtəşəm piramidalar, gözəl məbədlər, daşlar üzərindəki rəsmlər və yazılar Qədim Misirin mədəniyyətindən xəbər verir.
7-ci əsrdə ərəblər Misiri zəbt etmiş və özləri ilə bura ərəb dilini və İslam dinini gətiriblər.
Ölkənin, demək olar ki, bütün əhalisi qədimdən Afrikanın ən böyük çayı olan Nil çayı sahillərində yaşayır. Nil çayı vadisində dünyada ən keyfiyyətli pambıq yetişdirilir. Pambıq Misirin əsas sərvətidir. Məhsuldar vadini hər tərəfdən ucsuz-bucaqsız səhralar əhatə edir. Səhralarda su yoxdur, buralarda adama çox nadir rast gəlmək olur. Bu yerlərdə yaşayanlar köçəri bədəvilərdir. Yalnız vahələrdə, quyu olan yerlərdə daimi yaşayış var.
Misirin bəzi yazıçı və şairlərinin Azərbaycan dilinə tərcümə edilərək, Tofiq Əl-Həkiminin "Karıxmış sultan" pyesi Azərbaycan teatrında tamaşaya qoyularaq, incəsənət ustalarımız Misirdə qastrollarda olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə