News Corp 580 milyon dollara satın aldığı saytı 6 il sonra demək olar ki, pulsuz verib. SİA-nın xəbərinə görə, Rupert Murdochun sahibi olduğu nəhəng media quruluşu News Corp 6 il əvvəl tərkibinə qatdığı MySpace sosial paylaşım şəbəkəsini nəhayət satdı. Facebook və Twitter kimi şəbəkələrin sürətlə məşhurluq qazanması nəticəsində köhnə parlaq günlərindən əsər qalmayan MySpace-in yeni sahibi Specific Media ilə Justin Timberlake olacaq.
News Corp 2005-də MySpace üçün 580 milyon dollar ödəmişdi. Qəti rəqəm açıqlanmasa da Specific Medianın satın alma üçün 35 milyon dollar ödədiyi deyilir.
1999-da qurulan Specific Medianın üç qardaş ortağı, MySpace-i yeni texnologiyalarla yeniləyib köhnə məşhurluğunu qazandıracaqlarını söylədi. MySpacenin yeni sahibləri arasında Justin Timberlake də var. Timberlakenin xüsusilə yeni təqdimat kampaniyalarında rol alması gözlənilir.
News Corp qrup mühasibliyində MySpaces üçün 2010-da 156 milyon dollar zərər göstərilmişdi. Firmadan son ik il içində yüzlərlə adam işdən çıxarıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB