Albalının faydaları

Albalının ana vətəni Şimal Anadolu və Cənub Qafqaz olaraq tanınır. SİA-nın xəbərinə görə, meyvələri təzə və ya qurudulmuş olaraq isdifadə edilə bilən albalı ayrıca cem, yemək, konserv ya da dondurulmuş qida olaraq da isdifadə olunur. Güclü ağrıkəsicidir, 20 albalıda 12-25 milliqram arası antosiyanin maddəsi tapıldığı və bu maddənin ağrı kəsici təsirinin Aspirinden on qat daha çox olduğu təsbit edilib.

Olesterolu və qan şəkərini salar. Albalılarda olan flavanoidler bədəndəki zəhəri təmizləyər, antioksidan təsir edər. Nikotinin bədəndən atılmasına köməkçi olar. Sidik sökdürücü xüsusiyyətiylə böyrəklərin dostu olan albalı bədəni zəhərli maddələrdən təmizləyir.

Albalı turşu və duzların bədəndən atılmasını təmin etdiyi üçün rematizm və və digər xəstəliklərdə, oynaq əhənglənməsi və damar sərtliyinin müalicəsində də istifadə edilir. Ayrıca tərkibində olan kinik turşu ilə böyrəklərin daş və qum yaratmasını önlədiyi, əgər varsa bir müddətdən sonra tökdüyü, ayrıca öd kisəsi daşının tökülməsinə də köməkçi olduğu bilinir.

Albalı ağacının tibbi baxımından ən təsirli və əhəmiyyətli hissəsi meyvə saplarıdır. Albalının və hətta vişnənin (Cerasus vulgaris) meyvələri yeyillərkən sapları atılmayıb kölgə və havadar bir yerdə qurudulsa, böyrəkləri və sidik yollarını təmizləyər. Albalıın tərkibində olan bəzi minerallar səbəbi ilə bədənin su tarazlığını nizamlar, bədəni gücləndirici tonik funkisyasını yerinə yetirər.




Bütün xəbərlər Facebook səhifəmizdə