Yeni Google telefonunun adı \"Nexus Prime\" ola bilər

Yeni Google telefonunun adı \"Nexus Prime\" ola bilər

Yeni Google telefonunun adı \"Nexus Prime\" ola bilər. Google-un daha bir rəsmi telefonu da Samsungun əlindən çıxa bilər. Google "Nexus Prime" olaraq adlandırılacağı iddia edilən bu telefon Android Ice Cream Sandwich əməliyyat sistemi ilə işləyəcək və 720p HD dəstəkli ekrana sahib olacaq. SİA-nın xəbərinə görə, Samsungun çıxaracağı bu super telefonda fiziki düymələr olmayacaq və 1280 x 720 piksel həllolma əmsalı Super AMOLED HD ekran iştirak edəcək.


Digər yandan, telefonun Texas Instrumentin OMAP 4460 prosessorunda olması gözlənilir. 1.5 GHz sürətində işləyən bu cüt nüvəli prosessorun ardıcıl istehsalına 2011-in ikinci yarısında başlanması gözlənilir. Google-un bu telefonu ehtimal edilir ki, 4G LTE şəbəkələrini də dəstəkləyəcək.


Bu vaxt, Google-ın Android Ice Cream Sandwich cihazlarıyla birlikdə şəbəkəsini genişlətməsi gözlənilir. Axtarış nəhənginin bir çox mobil operator və OEM ilə görüşmələr etdiyi və eyni anda Ice Cream Sandwich dəstəkli cihazların bazara çıxarılmasını planlandığı düşünülür. Bu vəziyyət, yeni əməliyyat sistemi ilə işləyəcək birdən çox yüksək profilli cihazın eyni anda çıxacaq olması mənasını verir.


Google-un bu planında hansı istehsalçıların iştirak etdiyi hələ müəyyən deyil, ancaq Motorola, HTC və LG kimi hal-hazırda Androidə bel bağlamış istehsalçıların bu planda var olduğu düşünülür. Ice Cream Sandwich yüklü cihazların önümüzdəki payız aylarında çıxması gözlənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə