Dodaqlar günəş və soyuq havanın təsiri ilə çatlaya bilir. SİA-nın xəbərinə görə, bəzən dodaqların müxtəlif kremlərdən istifadə edilməsinə baxmayaraq dərisinin qopması, soyulması davam edir.Bu da alışqanlıq halına gəlir. Belə vəziyyətdən çıxış yolu vardır. Aşağıdakı qaydalara əməl edərək dodaqları əvvəlki sağlığına qovuşdurmaq mümkündür.
1.Yarım stəkan qoz yağı və 2 xörək qaşığı əridilmiş balı qarışdıraraq soyuducuya qoymaq lazımdır. Soyuduqdan sonra səhərlər dodaqlara çəkmək lazımdır.
2.Sadəcə təmiz balı dodaqlara sürtməklə 15 dəqiqə gözləyin. Bu da yaxşı təsir göstərəcək.
3.Qızılgül yağı ilə balı qarışdırıb səhər- axşam dodaqlara sürtə bilərsiz.
4.200 qr küncüt yağı ilə 50 qr balı qarışdırıb hər səhər dodaqlarınıza çəkin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB