Səhərləri gümrah oyanmağın 7 sirri

Səhərləri gümrah oyanmağın 7 sirri

Səhərlər gümrah və daha yaxşı əhval-ruhiyyə ilə oyanmaq hər zaman hər kəsə gərəklidir amma

bu hər səhər mümkün olmur. SİA-nın xəbərinə görə, aşağıdakı məsləhətləri oxuyub faydalana bilərsiniz.


1.Ən əvvəl özünüzün bioloji saatınızı qurun.Yeni orqanizmi bəlli bir saatda yatıb və bəlli saatda oyanmasına özünüz qərar verin.

2.Arada bir zəng saatınızı dəyişin. Daha gözəl melodiyası olan bir saat alın.Yaxud da telefonunuzun zəng çalarına sevdiyiniz bir musiqi qoyun və zəngi yuxudan qalxma saatından 10-15 dəqiqə əvvələ qurun. Zəng çaldığında o dəqiqə qalxmadan əvvəlcə xoş musiqinizi dinləyin.

3.Yuxudan oyandıqda hələ yerinizdən qalxmadan özünüzdə yaxşı əhval – ruhiyyə hazırlayın. Belə

monoloqları (Axı niyə tez? Mən nə zaman rahat yatacam. İsti yatağımdan qalxmaq istəmirəm və s.) fikirlərinizə yaxın buraxmayın. Bir fincan isti qəhvə, ya da pür rəngi çay sağlam səhər yeməyi gözəl hava sevimli geyiminiz sizi gözləyir.

4.Ən çox sevdiyiniz və sizdə xoş əhval-ruhiyyə yaradan musiqiləri CD-yə yazdırın. Öz səhər musiqinizi özünüz seçmiş olun.

5.Bədəninizi yavaş-yavaş oyandırın. Bunun üçün gözəl bir duş almaq olar. Ya da idman

hərəkətləri edin.

6.Səhər yeməyinə xüsusi diqqət edin. Axşamdan qalma yeməyi isidib yeməyin. 1 yumurta qaynadın, meyvə yeyin, buterbrod düzəldin və bilin ki, səhər saat 9-a qədər yediyiniz nə olsa sizdə köklüyə səbəb olmayacaqdır.

7.Əgər günümüzü kiçik bir həyata bənzətsək o zaman səhərimiz uşaqlıq çağımız olacaqdır.Ona görə də səhərlər arzulayın və qarşınıza məqsəd qoyun. Günün planını qurun. Bütün bunların sonunda insanlara yaxşılıq etmək fikri ilə yaşayın.


Bütün xəbərlər Facebook səhifəmizdə