Nyu-Yorkda “pozuldu”

ABŞ-ın Nyu-York ştatında artıq eyni cinsə mənsub olan iki şəxsin ailə qurmasına icazə veriləcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, insan haqları müdafiəçilərinin təzyiqi nəticəsində ştatın qubernatoru Endryu Kuomo qanun layihəsini imzalayıb və layihə ştatın qanunvericiləri tərəfindən dəstəklənib.

Qeyd edək ki, Nyu-York Birləşmiş Ştatlarda indiyədək eyni cinslilərin nikahına qanunla icazə verən 6-cı və ən böyük ştatdır. İlk belə ştat isə 2004-cü ildə eyni cinslilərin evlənməsinə icazə verən Massaçusets olub.

Bütün xəbərlər Facebook səhifəmizdə