Ərik sağlam qidalananlar üçün ideal meyvədir

Ərikdə insan sağlamlığı üçün müalicə əhəmiyyətli bir çox maddələr: karotin, B1 qrupu vitaminləri, pektin və aşı maddələri, şəkər (5%), üzvi turşular (alma, limon turşuları), kalsium, maqnezium və fosfat duzu var. SİA əriyin tərkibində olan xeyirli maddələri təqdim edir. 1 ərikdə 44 kalori, qurudulan ərikdə isə 232 kalori var. Qeyd edək ki, əriyin qurusunda daha çox kalori var.

Ərik şirəsi ürək əzələsini möhkəmlədir və dəridən artıq maddələrin çıxarılmasına kömək edir. Ərik şirəsi onkoloji xəstəliklər, anemiya zamanı, çox faydalıdır.

Xalq təbabətində ərikdən sinəyumşaldıcı, bəlğəmgətirici, həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan və qurdqovucu vasitə kimi istifadə olunur.

Qaysının rəngi nə qədər canlıdırsa, içindəki betakaroten nisbəti o qədər yüksəkdir. Ərikdə natrium az, kalsium isə çox olduğuna görə, ürək çatışmazlığı, böyrək xəstəlikləri, hepatit, serroz müalicəsində, ürək əzələlərinin güclənərək düzgün işləməsində müsbət təsir göstərir.

Ərik sağlam qidalanan insanlar üçün ideal meyvədir.

Bütün xəbərlər Facebook səhifəmizdə