Pişiklərin, xüsusi ilə də qara pişiklərin insana uğursuzluq gətirdiyi barədə çox eşidirik. SİA-nın xəbərinə görə, ən çox da yaşlı nəslin nümayəndələrindən belə şeylər duyuruq. Qara pişiklər doğrudanmı uğursuzluq gətirir?
Pişik müqəddəsdir?
Pişiklər çox insan həyatına təxminən 9 min il öncə girib. Hər halda, araşdırmaçılar belə hesab edir. Kiprin cənubunda bir məzarda insan sümüklərinin yanında bir pişiyin qalıqları tapıldıqdan sonra bu qənaətə gəlir. Məzarın yaşının 9 min olduğunu hesab edən araşdırmaçılar pişiyin də elə o zamanlar insan həyatına girdiyini düşünürlər.
Qədim Misirdə pişiklər müqəddəs bir canlı hesab edilirdi. Misirlilərə görə, qara pişiklər hətta Tanrı tərəfindən göndərilmiş hesab olunurdu. Pişiklərin qorunması, ölümlərinin azalması, xəstəliyə yoluxmamaları üçün bəzi qanunlar da qəbul edilmişdi. Qədim Misirdə pişik tanrıçası belə vardı. Misir qanunlarına görə, pişik öldürənin cəzası edam idi. Pişiyi ölən ailə yas tutur, yasda olduğunu bildirmək üçün bütün ailə qaşlarını qırxırdı və ölən pişiklər ev sahibinin varlı, ya kasıb olmalasına baxmayaraq, mumiyalanar, ən bahalı ipəklərə bürünər, ən bahalı daş-qaşlarla birlikdə dəfn edilərdi.
Avropada da qara pişik uğursuz hesab edilirdi. Orta əsr Avropasında pişiyin şeytan olduğu və gündüz pişik, gecə qaranlıqda isə şeytan olması barədə söyləntilər var idi.
Xristianlığın yeni yarandığı dövrlərdə pişik saxlayanlar olduqca az idi. Bunlar da tək kimsəsiz və qoca qadınlar idi. Qara pişiklərdən qorxmağın səbəbləri kimi də onların uğursuz olduqlarına olan inanc idi. Xüsusən də cadugər qarıların evində qara pişiklər bəsləməsi çox narahatlıqla qarşılanırdı.
Müsəlman inanclarına görə, pişik öldürməyin günahı çoxdur və pişik öldürən günahını yumaq üçün yeddi məscid inşa etdirsə də bağışlanılmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB