Twitter-in köhnə versiyası bağlanır

Twitter-in köhnə versiyası bağlanır

Ötən ildən bəri Twitter yeni interfeysə keçmişdi. SİA-nın xəbərinə görə, ancaq bununla birgə köhnə interfeysi də istifadədə idi. Köhnə Twitter interfeysi istifadə edənlər son 6-7 saatdır aldıqları xüsusi bir mesajla yeni interfeysə keçmələri ilə bağlı xəbərdar edilir. Ola bilsin ki, Twitter artıq köhnə interfeysinə ehtiyac duymur. Bununla belə yeni interfeys də bir il ərzində bir xeyli dəyişikliyə məruz qaldı. Əvvəl səhifədə orta hissə dana enli bir ərazini tuturdu və backgroundlar yaxşı seçilmirdi. Artıq orta hissə əvvəlkinə görə enli, yeni versiyaya görə isə daha ensiz formaya salınıb. İndi backgroundlar yenidən istifadəyə yararlıdı. Belə görünür ki, Twitter öz idealını tapıb və tam olaraq bu versiyaya keçmək istəyir.


Bütün xəbərlər Facebook səhifəmizdə