Dermatoloqlar əsmər qadınların açıq dərili qadınlara nisbətən gec qocaldığını və açıq dərili xanımların dəri xərçənginə yoluxmaq təhlükəsinin daha çox olduğunu bildirib. SİA-nın xəbərinə görə, insanların bəzən yaşlarından daha böyük göründüyünü bildirən dermatoloq buna səbəb kimi düzgün qidalanmayla yanaşı, Günəşin və onun yaydığı ultrabənövşəyi şüaların da rol oynadığını vurğulayıb. Günəşin yaydığı ultrabənövşəyi A şüası yaşlanmağa səbəb olur, B şüası isə dəridə yanıqlar və ləkələr əmələ gətirir. Xanım dermatoloq Günəşin altında 1 saatdan artıq qalmağın insan sağlamlığına təhlükə olduğunu və gün şüalarına çıxdıqda qorunma kremlərindən yaz və yay aylarında istifadənin vacib olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB