Salamlaşarkən adət-ənənəmizi unutmayaq

Salamlaşarkən adət-ənənəmizi unutmayaq

Hər bir ölkənin özünə məxsus adət-ənənəsi vardır. SİA-nın xəbərinə görə, o adət-ənənələrdən də biri salamlaşmadı. Salamlaşma qaydaları müxtəlifdir. Rusiyada insanlar rastlaşanda bir-birinə sağlamlıq arzulayırlar. Almaniyada qaydaya görə saat 12- yə qədər "Sabahın xeyir", 12-17- ə qədər "Günotan xeyir", sonra isə "Axşamın xeyir" deyirlər, ancaq bəzən adi salamla da kifayətlənmirlər.


Digər Avropa ölkələrinin əksəriyyətində və Amerikada salamlaşarkən "İşlərin necədir", yaxud "Necəsən" - deyə soruşurlar, cavabı "Yaxşı" və "Normal" olur, yaxud onun əksi olur. (Pis demək ədəbsizlik sayılır). Molaziyada "Hara gedirsən", cavabı "Gəzməyə", yəhudilər "Sizə sülh olsun", fasrlar "Şən ol", qrenlandiyalılar isə "Yaxşı havadır" deyirlər.


Ruslar, avropalılar və amerikalılar salamlaşarkən dost cesti kimi əl verirlər. Sağ əli uzatmaq yəni silahım yoxdur, niyyətim safdır deməkdir.


Fransada qeyri-rəsmi şəraitdə, hətta az tanış olan insanlar belə salamlaşarkən və sağollaşarkən öpüşürlər və yanaqları ilə toxunaraq havaya birdən beşə qədər öpüş göndərirlər.


Emosional latınamerikalılar qucaqlaşırlar, soyuqdan donan loplandiyalılar burunlarını bir-birinə sürtürlər, mehriban yaponlar üç növ baş əymə ilə salamlaşırlar: ən alçaq, orta (30 qradus olur) və yüngül.



Çinlər də baş əyir ancaq onlar əllərini bədən boyunca uzadırlar. Hindistanda salamlaşma qaydasına görə hörmət əlaməti olaraq əlləri bərabərləşdirib sinəyə tuturlar, ərəblər əllərini sinələrinin üstünə qoyurlar, sirli tibetlilər sağ əllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər. Təəccüblü anlar "Mən səni görürəm" - deyə qışqırırlar. Bir sıra Afrika tayfalarının nümayəndələri üzbəüz gəldikləri Adama tüpürürlər, bu onlarda ədəbsizlik yox, hörmət göstəricisi sayılır.




Bütün xəbərlər Facebook səhifəmizdə