Plugin dəstəyi və sadə istifadəsi sayəsində dünyanın ən çox seçilən CMS-lərindən biri olan WordPress bu gün qorxudan bir təhlükəsizlik xəbərdarlığı etdi. SİA-nın xəbərinə görə, WordPress təhlükəsizlik qrupu bu səhər saatlarında bir çox məşhur ödənişsiz plugində hackerlərin hücum təşkil edə biləcəyi arxa qapılar tutduqlarını ifadə etdi. Backdoors sayəsində hackerlər istədikləri proqramın içərisini girib buradakı fərdi məlumatları oğurlaya bilir. WordPress təhlükəsizlik qrupunu şərhinə görə hadisə böyümədən əvvəl bu məşhur pluginlərin developerləri ilə əlaqəyə saxlanılıb backdoors bağlayan update-lər nəşr olundu. Bir az araşdırılınca hücumun daha çox AddThis, WPtouch və W3 Total Cache adlı pluginlər üzərindən edildiyi görülür. Bu tətbiqlərə sahib olan sayt sahibləri mütləq şifrələrini dəyişdirib məlumatlarını təhlükəsizliyini təmin etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB