Dünyada baş verən ölümlərin əksəriyyətinin əsas səbəbi xərçəng, diabet, ürək və ağciyər kimi yoluxucu olmayan xəstəliklərdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata, həmin xəstəliklərin miqyası artaraq dünya iqtisadiyyatına trilyonlarla dollar zərər vurur.
Dünya ictimaiyyəti QİÇS, malyariya, vərəm kimi yoluxucu xəstəliklərlə mübarizə apardığı bir vaxtda, bu dörd xəstəlik "qlobal epidemiyaya çevrilərək" inkişaf etmiş ölkələri cənginə alıb.
Hesabata əsasən, 2008-ci ildə 36 milyon insan bu yoluxucu olmayan xəstəlikdən dünyasını dəyişib. Ölənlərin 80% isə inkişaf etmiş ölkələrin payına düşür. Ölənlərin 9 milyonu 60 yaşında olan qadın və kişilərdir.
2030-cu ildə yoluxucu olmayan xəstəliklər 52 milyon insanın həyatına son qoya bilər. Ekspertlər bu artıma tütündən istifadə etmənin, qeyri-sağlam qidalanmanın, fiziki fəallığın azlığının, piylənmənin və alkoqollu içkilərin sui-istifadənin səbəb olduğunu bildirir.
Mütəxəssislərin fikrincə, urbanizasiyanın neqativ təsiri, yaşlı nəsil, ticarətin və satışın qloballaşması da qeyd olunan xəstəliklərin yayılmasında rol oynaya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB