Lüksemburq Avropa Birliyinin ən zəngin ölkəsi seçilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə araşdırma "Eurostat" agentliyində dərc olunub.
Lüksemburq ümumi daxili məhsulun (ÜDM) adambaşına düşən hissəsinə görə Avropanın ən zəngin ölkəsi olub. Alıcılıq qabiliyyəti əsasında hesablanan göstərici Lüksemburqda digər ölkələrdən daha çoxdur. O, Avropa Birliyinin nəhəng ölkələrini bu baxımdan geridə qoyub.
"Dünyanın ən zəngin ölkəsi" siyahısında ikinci yeri Niderland tutur. Üçüncü yerdə isə Danimarka qərarlaşıb. Liderlərin beşliyini isə İrlandiya və Avstriya tamamlayır. Ən pis nəticələr isə Rumıniya ilə Bolqarıstandadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB