Arıqlamaq üçün yatmaq lazımdır

Arıqlamaq üçün yatmaq lazımdır

Alimlərin yeni araşdırmaları zamanı üzə çıxıb ki, qadınların arıqlamaq üçün güclü dietaya oturmaları heç də istənilən effekti vermir. SİA-nın xəbərinə görə, bunun əsas səbəbi isə xanımların gecə tam yuxu almamaları ilə bağlıdır. Belə ki, tam yuxu alan xanımlar digərləri ilə müqayisədə iki dəfə artıq əlavə çəkini tullaya biliblər. Mütəxəssislərin qənaətincə, əgər xanımlar tam yuxu almırlarsa, onların bədənlərində

güclü yorğunluq hissi yaradan hormonların sayı artır. Bu isə son nəticədə aclıq hissini ortaya çıxarır. Ekspertlər 4 həftə ərzində10 könüllü üzərində müşahidələr aparıb. Bu xanımların artıq çəkiləri ləğv olsa da sağlamlıqlarına heç bir ziyan da gəlməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə