“Turizmin inkişafı, nailiyyətləri, problemlər və perspektivlər” adlı konfrans keçirilib

“Turizmin inkişafı, nailiyyətləri, problemlər və perspektivlər” adlı konfrans keçirilib

Bu gün "Turizmin İnkişafı, naliyyətləri, problemlər və perspektivlər" adlı konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkili Etibar Hüseynov, Bakı Dövlət Universitetinin turizm kafedrasının müdiri Həbibə Soltanova, "Grand Hotel Europe"nin rəhbəri Tolqa Akkaş, "Turizmə Dəstək" Gənclər Koalisiyasının mətbuat xidməti Anar Sarıyev, "Turizmə Dəstək" Gənclər Koalisiyasının koordinatoru Ramiz Alıyev, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Vaqif Şıxməmmədov və media nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan "Turizmə Dəstək" Gənclər Koalisiyasının koordinatoru Ramiz Alıyev tədbir haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, bugünki konfransı keçirməkdə əsas məqsəd turizm sahəsində olan problemlərin aradan qaldırılmasının həlli yollarını axtarmaq və həmin problemləri aidiyyata qurumlara çatdırmaqdır. "Turizmin inkişafı getdikcə artır. Hər bir ölkə kimi bizdə bu sahədən yararlanmalıyıq",-deyə Ramiz Alıyev bildirib.


Tədbirdə söz alan Mədəniyyət və Turzim Nazirliyinin sektor müdiri Vaqif Şıxməmmədov tədbir haqqında danışıb. Sektor müdirinin sözlərinə görə, bu il \"Turizm ili\" olduğu üçün turizimdə böyük önəm verilir. "Bir çox bölgələrdə səfərdə olmuşuq. Onu da deyim ki, iri həcmli obyektlərdə qiymətlərin ucuzlaşması müşahidə olunur".

Tədbirdə çıxış edən "Grand Hotel Europe"nin rəhbəri Tolqa Akkaşın fikrincə, Azərbaycanda bu sahə digər ölkələr kimi inkişaf etməlidir və Azərbaycan başqa ölkələrdən çox fərqlənir.


Tədbirdə fikirlərini bildirən millət vəkili Etibar Hüseynov bildirib ki, turistləri Azərbaycana yeməklərlə cəlb etmək mümkün deyil: "Çünki onlar burdakı qiyməti görərək uzaqlaşırlar. Biz onları bura ancaq təbii sərvətlərimizlə cəlb edə bilərik".

Qeyd edək ki, tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə