Bizim istirahət bölgələrimiz - QƏBƏLƏ

Bizim istirahət bölgələrimiz - QƏBƏLƏ

Qəbələ rayonu turizmin inkişaf etdirilməsi üçün Respublikanın ən əlverişli bölgələrindən biridir. Qəbələnin təbii və coğrafi imkanları, fl ora və faunası heyran edici olduğuna görə hələ sovetlər dövründə müvafiq turist xidməti infrastruktur yaradılmışdır. Təqdim olunan Şahdağ milli parkının xəritəsinə əsasən sərhədlər Qəbələnin şimalını əhatə edən aşağıdakı kəndlərin ərazilərindən keçir. İsmayıllı tərəfdən Qəbələyə daxil olduqda "Bakı-Balakən" yolunun şimal hissəsi milli parka daxildir.

Vəndam kəndinin üst tərəfi ndə, Ruskan məhəlləsindən 600 metr aralıda dağlara tərəf ərazidə "Yeddi Gözəl" şəlaləsi vardır. Yerli əhalinin axını mövsümü aprel-noyabr aylarında olur. Onlara xidmət edən 15-20 nəfərlik mövsümi yeməkxana vardır. Qəbələ şəhərinin şimal hissəsindəki Küsnət kəndinin alt tərəfi ndə və Qəbələ şəhərinin üstündə "Çənlibel", "Ay-işığı", "Xanlar", "Soyuq-bulaq" istirahət mərkəzləri, "Qafqaz" Turist Ekskursiya Kompleksi kimi turist xidməti obyektləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə