Mozilla əvvəlki versiyasıdan cəmi 2-3 ay sonra yeni Firefox 5 versiyasını rəsmi olaraq istifadəyə verilib. SİA-nın xəbərinə görə, bir neçə gündür ki, firefox 5 Mozilla-nın FTP-lərindən endirilə bilirdi. Artıq saytdan rəsmi şəkildə endirilmə linkini də görmək olur. Əvvəl istifadəçilər yeni versiyalar üçün uzun müddət gözləməli olurdu. Bu da Chrome-a gedərək uduzmağı ilə nəticələnirdi. Beləliklə yeni xüsusiyyətlərin böyük versiyanı gözləməsinə gərək qalmayacaq, yeni xüsusiyyətlər daha kiçik paketlər halında, hazır olduqları anda nəşr olunacaq. Planlara görə hər altı həftədə bir yeni bir Firefox versiyası çıxacaq.
Brouserin ən son versiyası həm Android, həm də PC versiyalar üçün mindən çox yeni xüsusiyyət gətirir. Firefox 5 ilə qrafik interfeysdə çox dəyişiklik olmasa da, performans və dayanıqlılıq istiqamətində inkişaflar, gizliliyə dair yaxşılaşdırmalar, CSS animasiya və inkişaf etdirilərək JavaScript dəstəyi yeni versiya ilə birlikdə istifadəçilərə təqdim edilənlər arasındadır.
Firefox 5 yeni HTTP optimizasyonları istifadə edərək məzmunu sürətləndirir və əvvəlkindən daha sürətli hala gətirir. "Do not track" adı verilən və istifadəçilərin veb üzərindəki hərəkətlərinin izlənilməsinə maneə törədən xüsusiyyət Firefox 4 ilə birlikdə tanıdılmışdı. Yeni versiya ilə birlikdə bu xüsusiyyət interfeysdə daha diqqətə çarpan hala gətirildi. Yeni CSS animasiya dəstəyi də "Flash bənzəri" dinamik məzmunların yüklənməsinə icazə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB