"Facebook" sosial şəbəkəsinin banner reklamından əldə etdiyi gəlirlər bu il iki dəfə artacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, "eMarketer" analitik şirkətinin proqnozlarına görə, ABŞ-da "Facebook"-un banner satışı üzrə mədaxili 80,9 faiz artaraq 2,19 milyard dollara çatacaq.
Bu il sosial şəbəkənin bu seqmentdə "Yahoo!"-nu üstələyəcəyi və ABŞ-da lider olacağı proqnozlaşdırılır. Gələn il isə "Facebook"-un banner reklamı sahəsində mədaxilinin 31,1 faiz artacağı gözlənilir. ABŞ-da bu seqmentdə "Facebook" və "Yahoo!"-dan sonra "Google" şirkəti üçüncü mövqeyi tutacaq. Cari ildə internet-nəhəngin banner satışından əldə edəcəyi gəlirlərin 34,4 faiz, gələn isə 58,3 faiz artacağı proqnozlaşdırılır.
"Effie Worldwide" analitik şirkətinin bu yaxınlarda dərc etdiyi hesabata əsasən, ABŞ-da marketinq sahəsində fəaliyyət göstərən şirkətlər sosial şəbəkələri cari il üçün strategiyalarının ayrılmaz hissəsi hesab edir və onların əksəriyyəti bu cür resurslarda reklam yerləşdirilməsi üzrə büdcələrini 10 faiz artırmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB