Mədə xərçənginin qarşısını alan təbii protein tapılıb

Mədə xərçənginin qarşısını alan təbii protein tapılıb

Şimali Koreyada aparılan tədqiqatda mədə xərçənginin inkişafının qarşısını alan təbii protein kəşf edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, professor Park Sang-von mədə xərçənginə tutulan 40 xəstədən götürülən xərçəng hüceyrələrini araşdırıb. O, mədənin ifraz etdiyi Gastrokin 1 (GKN1) adlı proteinin miqdarı ilə şişin böyüklüyü arasında əlaqə olduğunu müşahidə edib.

Mədə xərçənginin ilk mərhələsində GKN1-in miqdarının azaldığını bildirən Park çoxlu miqdarda proteinin xərçəngin inkişafını dayandırdığını vurğulayıb. Proteinin təbii şəkildə yarandığına diqqəti çəkən professor orqanizmin bunu daha çox istehsal etməsinin yolunu da tapıb. O, heç bir əks təsir olmadan şişin böyüməsinin nəzarət altına alınacağını da bildirib.

Park Sang-von mədədəki proteinin səviyyəsinə baxaraq həkimlərin tez bir zamanda diaqnoz verə biləcəyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə