İnfakt riskini saçlardan təyin etmək olar

İnfakt riskini saçlardan təyin etmək olar

İnfarkt riskinin ola biləcək böhrandan 6 ay əvvəl xəstənin saçlarından təyin oluna biləcəyi deyilib. SİA-nın xəbərinə görə, elm adamları bəzi kişilərin saçlarındakı stress hormonu kortizol səviyyəsini ölçərək xroniki stressin infarktın əhəmiyyətli bir tətikləyicisi olduğunu təsdiqləyib. Elm adamları, bu günə qədər kortizol səviyyəsinin sidik, qan və tüpürcəkdən ölçüldüyünü ifadə edərək, bu ölçümlərin, uzun vədədəki deyil son saatlardakı ya da günlərdəki stress səviyyəsini əks etdirdiyini vurğulayıblar. Araşdırmaçılar, infarkt keçirən və xəstəxanaya qaldırılan 56 adamın saç nümunələrini, infarkt keçirməyən 56 xəstə ilə müqayisə edib. İnfarkt keçirənlərdə kortizol səviyyəsinin daha yüksək olduğu görülüb. İnfarktın, yüksək təzyiq, xolesterol səviyyəsinin yüksək olması, siqaret istifadəsi, ürək çatmazlığı kimi səbəblərdən qaynaqlana biləcəyini ifadə edən elm adamları, ancaq bu risklərin araşdırmaya qatılan hər iki qrupda da tapıldığını, bu səbəbdən kortizol səviyyəsinin infarkt riskinin ən yaxşı xəbərçisi olduğunun sübut edildiyini söyləyib. Alimlər bir sonrakı addımda, aralarında qadınların da tapıldığı daha çox qrupun iştirakı ilə araşdırmanı genişlətməyi planlayır. Araşdırmaçılar, bu nəticələrin həkimlərə xroniki stressin daha yaxşı başa düşülməsi və infarkt keçirmə riski olan xəstələrin daha yaxşı müalicə edilməsi imkanı təmin edə biləcəyi fikirindədirlər.



Bütün xəbərlər Facebook səhifəmizdə