Uzunömürlü Kaliforniya lampasının 110 illik yubileyi qeyd olunub- FOTO

Uzunömürlü Kaliforniya lampasının 110 illik yubileyi qeyd olunub- FOTO

Kaliforniya ştatının Livermor şəhərində közərmə lampasının 110 illik yubileyi qeyd olunub. Hələ də məişətdə istifadə olunan bu qeyri-adi lampa şəhərdəki Yanğından Mühafizə İdarələrinin birində asılıb və bir neçə ildir ki, yerli sakinlərin, turistlərin, həmçinin bütün ölkə alimlərinin diqqətini cəlb edə bilir.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, lampa yanğınsöndürənlərə 1901-ci ildə biznesmen tərəfindən hədiyyə olunub. Maraqlıdır ki, lampa 110 il ərzində cəmi bir neçə dəfə söndürülüb. Uzunömürlü lampa 1903, 1937 və 1976 illərdə elektrik enerjisinin kəsilməsi ərəfəsində işləməyib.

Şəhər komitəsinin sədri Linn Oyensin sözlərinə görə, bu elektrik işıq mənbəyinin hələ də işləməsinin səbəbini heç kim izah edə bilməyib. "Bu qeyri-adi lampaya baxmaq üçün bizim şəhərə dünya alimləri gəlirdilər. Lakin lampaya toxunmağa hamı qorxurdu\" –deyə Linn Oyens bildirib.

Lampa planetdə ən qədim və hələ də işləyən elektrik işıq mənbəyi kimi Ginnesin rekordlar kitabına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə