Yaponiyanın yeni superkompüteri hal-hazırda ən güclü hesablama qurğusu olub. SİA-nın xəbərinə görə, belə nəticə ildə 2 dəfə tərtib edilən TOP-500–ün son dərc edilmiş 500 ən güclü superkompüter reytinqində qeydə alınıb. Yeni yapon maşını pik məhsuldarlıq göstəricisinə görə keçən il reytinqə rəhbərlik etmiş Tyane-1A Çin superkompüterini keçib. Yeni yapon superkompüteri K adını alıb və o, 68 544 Sparc64 VIIfx prosessorundan ibarətdir, hansılar ki hər biri 8 nüvəyə malikdir, beləliklə, prosessorda işləyən nüvələrin ümumi sayı 548 352 nüvə təşkil edir — demək olar ki, bu, planetin əvvəlki ən güclü kompüterindəki nüvələrin ümumi sayından 2 dəfə çoxdur. Yeni kompüterin hazırlamasını aparan Fujitsu şirkətində bildiriblər ki, hazırlama hələ başa çatmamışdır və o, final hissəyə çatdıqda, hansı ki bu, 2012-ci ilin noyabrında olacaq, K-da 80 000 Sparc 64 prosessoru işləyəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB