Hakerlər Sega şirkətinin 1,3 milyon müştəri məlumatını oğurlayıb

Hakerlər Sega şirkətinin 1,3 milyon müştəri məlumatını oğurlayıb

Sega kompüter oyunları şirkəti naməlum hakerlər qrupunun hədəfi olub. SİA-nın xəbərinə görə, son 24 saat ərzində Sega şirkəti Sega Pass sisteminin müştərilərinə onların məlumatlarına qeyri-qanuni giriş faktları haqqında xəbərdarlıq göndərməyə başlayıb. Sega şirkətinin dediyinə görə, "son sutka ərzində biz müştərilərin məlumatlarının yerləşdiyi Sega Pass verilənlər bazasına qeyri-qanuni giriş faktını aşkar etdik. Biz müştərilərimizin müdafiəsi üçün sındırılmış sistemləri digər sistemlərdən təcrid etmək etmək üçün müvafiq tədbirləri etmişik. Şirkət artıq bu hadisə bağlı irimiqyaslı araşdırmaya başlayıb" . Şirkətdən bildiriblər ki, hakerlər email, loqin, doğum tarixləri və bəzi başqa məlumatları əldə edə biliblər, ancaq giriş üçün parollar şifrələnmiş növdə saxlanılır, ona görə deşifrə etmədən həmin parollardan istifadə etmək olmaz.


Sega şirkəti Pass onlayn sisteminə girişi cümə axşamı söndürüb — məhz onda şirkətin texniki personalı qırma faktını aşkar edib, düzdür həmin vaxt saytda sadəcə texniki işlərin keçirilməsi haqqında məlumat yerləşdirilmişdi. Sistemin öz işini nə vaxt bərpa edəcəyi haqqında məlumat hələ də yoxdur.


Maraqlıdır ki, Lulz haker qrupunun iştirakçıları Sega mühəndislərinə onlarla əlaqə saxlamağı bildiriblər. Belə ki qrup iştirakçıları mühəndislərə qırmanın texniki təfərrüatları haqqında məlumat verəcəyini bildiriblər. Lulz haker qrupu qırma hadisəsi ilə bağlı olmadığını bildirib. Bundan başqa, Lulz haker qrupunun sözlərinə görə, Sega şirkətinə belə xoş münasibət ondan irəli gəlir ki, haker qrupunun üzvlərindən bəziləri Sega Dreamcast (bazara 1998-ci ildə çıxıb və Playstation və Xbox-la mübarizədə uğursuzluğa düçar olub (fiasko) oyun konsolunun pərəstişkarıdırlar.




Bütün xəbərlər Facebook səhifəmizdə