Delta-Telecom IPv6 texnologiyasını və 40% qiymət endirimini təklif edir

Delta-Telecom IPv6 texnologiyasını və 40% qiymət endirimini təklif edir

Azərabaycanda internet backbone-u kimi fəaliyyət göstərən Delta-Telecom yeni texnologiya olan IPv6 sistemini istifadəyə verir. SİA-nın xəbərinə görə, hazırkı texnologiya IPv4-dür. Azərbaycanın indiki resurslarından min dəfələrlə çox — 4,3 milyard İnternet ünvanları alınıb. Yeni İnternet resursları sayəsində milyonlarla internet istifadəçisinə yüksək keyfiyyətli internet çatdırmaq mümkündür. Söhbət İpV6 — 6-cı nəsil internet texnologiyalarından gedir. Bu texnologiyanın tətbiqi ilə son internet istifadəçisində internet ünvan problemi aradan qaldırılır. Bununla birgə regionda da IPv6-nı ilk tətbiq edən Delta-Telecom olur. Azərbaycanın da yeni sistemin tətbiqinə hazırlaşması inkişaf baxımından müsbət amildir. Digər tərəfdən Delta-Telecom qiymətləri də endirir. Göstərilənləri nəzərə alaraq, son müştərilərə göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədi ilə tutumu 100Mbit/s-dən çox olan, borcu olmayan ISP və böyük istifadəçilər üçün ödənişlərin səviyyəsi saxlanılmaqla 01.07.2011-ci il tarixindən müvafiq olaraq tutumların artırılması yolu ilə tariflər hər bir 1Mbit//s İnternet xidməti üçün 50 AZN-dən 30 AZN-ə (ƏDV-siz) kimi aşağı salınır.


Qeyd edək ki, internet kanallarının tutumu 10 Gbit/s və yuxarı olan ISP və böyük istifadəçilər üçün hər Mbit/s-yə 25 AZN (ƏDV-siz) tarif tətbiq ediləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə