Elcell İnternet xidməti və Bakı şəhərinin ən böyük WiFi şəbəkəsi olan Hotnet rouminq üzrə saziş imzaladılar. İndi siz WiFi hotnet zonasında olarkən şəhərin istənilən mərkəzi küçəsindən İnternetə şəxsi elcell akkauntunuzla daxil ola bilərsiniz. hotnet WiFi şəbəkəsinə qoşulma elcell modemi olmadan WiFi protokolunu dəstəkləyən qurğular ilə mümkündür - smartfonlar, noutbuklar, netbuklar, planşet kompyuterləri və s. hotnet şəbəkəsinə qoşulma zamanı istifadə edilmiş trafik elcell akkauntunuza əlavə olunacaqdır.
Rouminq xidmətinin qiyməti ayda 1 manatdır (yalnız rouminq xidmətindən istifadə edildikdə hesablanır). 15 iyul 2011 tarixinə qədər rouminq xidməti pulsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB