\"Qlastonberi\" festivalında telefonlar köynəkdən enerji yığacaq. SİA-nın məlumatına görə "Orange" mobil operatorunun təqdim edəcəyi köynəklər vasitəsilə mobil telefonlarını enerjiylə yükləməkmümkün olacaq. Köynəyə səs hərəkətlərini elektrik enerjisinə çevirə bilən pyezoelektrik plyonka quraşdırılacaq. Bu vasitə ilə də festival zamanı səs-küyə ən yaxın oturanların telefonları daha tez enerji yığacaq.
"Qlastonberi"nin ərazisində səsin orta səviyyəsi 80 desibel təşkil edir. Köynəyin yaradıcıları bildirib ki, bu, enerjisi tükənmiş telefonun yüklənilməsi üçün kifayət edir.
Qeyd edək ki, hər il Britaniyada keçirilən "Qlastonberi" festivalı bu il iyunun 22-26 arası olacaq. Yaxşı yerlər tutmaq məqsədiylə festival yerinə 5-7 gün öncədən gələn iştirakçıların bir çoxu isə elektriksiz çadırlarda məskunlaşdıqlarından telefonlarının enerjisi tükənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB