Merlin Monronun “uçan” libası dünyanın ən bahalı paltarları sırasındadır- FOTO

Merlin Monronun “uçan” libası dünyanın ən bahalı paltarları sırasındadır- FOTO

Merlin Monronun 1955-ci ildə çəkilən "Arzuların yeddi ili" filmində geyindiyi ağ rəngli paltar Los-Ancelesdə "Profile in History" hərrac evində 4,6 milyon dollara satılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, paltarın ilkin qiyməti 2 milyon dəyərində idi.

Bu məşhur don amerikalı aktrisa Debbi Reynoldsun 40 il ərzində topladığı Hollivud filmlərinin kostyum və rekvizitlər kolleksiyasına daxil idi.

XX əsrin ortalarında Merlin Monronun libasını Debbi Reynolds da satışa çıxarmışdı.

Nyu-York metrosunun ventilyasiya sisteminin barmaqlığından gələn hava axınına görə ağ plisse paltarın yuxarı uçduğu epizoddan çəkilən foto və posterlər bütün dünyada məşhurdur.

Aktrisa Merlin Monronun heç bir qiymətli daş-qaşla bəzədilməyən "uçan" libası dünyanın ən bahalı paltarları sırasındadır.

Onu da qeyd edək ki, hərracda paltarı alan şəxsin adı açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə