Qalın və təbii qaşlar geri qayıdır. Yaxşıca incəlmiş, yox edilmiş, \"botoks\"la havalanmış qaşlara son deyək. Budur qaşlarınızı təkrar nizama salmaq və təbii halına çevirmək üçün bütün sirlər və yaşlara görə qaşlar!
SİA-nın xəbərin görə, qaşlarımız baxışlarımıza məna verir və gözəlliyinin tam ortaya çıxmasına kömək edir. Və son günlərdə manikenlərə baxdığınızda dərhal anlaya biləcəyiniz kimi təbii və qalın qaşlar geri dönür.
20 yaşı olanlar
Sadəliyi seçin!
Qaşlarınız burun dəliyinizin dərhal yanından başlasın və gözünüzün xarici kənarından yuxarı doğru davam etsin. Bu zaman qaşlarınız bu iki xəttin arasında qalmalıdır. Yəni bu iki xəttin xaricində qalan tükləri ala bilərsiniz. Ancaq diqqət tükləri mütləq çıxış istiqamətinə doğru almalı, nizamlarını pozmamalısınız.
30 yaşı olanlar
Köhnə səhvlərə yeni çarələr
Sınamadığınız stil qalmadı...Onları yenidən eyni hala salmaq çətindir, amma qeyri-mümkün deyil. Etməniz lazım olan üzünüzə uyğun yeni bir xətt təyin etmək və bu xətt üzərində yenidən azadca çıxmalar qoymaq. Bu yeni xətti təyin edərkən üzünüzdəki bəzi qüsurları da gizlədə bilərsiniz. Məsələn alını dar olanlar qaşlarını alta yəni gözlərinə yaxın şəkildə qalınlaşdıra bilər. Alını çox açıq olanlarsa tam əksini edə bilər. Gözlərinin çox yaxın olduğunu düşünənlər qaşlarının arasını açaraq bu qüsurlarını gizləməyə çalışarkən gözlərinin arasının çox açıq olduğunu düşünənlər qaşların arasını mümkün olduğunca yaxın buraxa bilər.
Qaşlarınızın uzanma mərhələsində ən böyük köməkçiniz bir qaş qələmi olacaq. Qaşlarınızın rəngiylə uyğun suya dayanıqlı bir göz qələmi yeni uzanmaqda olan qaşlarınızı kamuflyaj etmək üçün ideal vasitədir.. Yaxşı... hər biri başqa bir istiqamətə doğru uzanan tüklərlə necə çarə tapmalıyıq? Bu tükləri nizamlı olaraq köhnə bir diş fırçasıyla daramalı və bir azca saç jelesiylə şəkil verməlisiniz.
40 yaşı olanlar
Baxışlarınıza gənclik qatın!
40 yaşını geridə buraxanlar üçün ən böyük problem üzün möhkəmliyini və diriliyini itirməsiylə qaşların yavaş yavaş göz qapaqlarının və gözlərin üzərinə yığılmağa başlamasıdır. Bu yaşlardakı insanların etməsi lazım olan ilk iş əvvəlcə qaşlarını çox naziltməkdən qaçınmaları burun kökünə yaxın qisimi mümkün olduğunca təbii buraxmaları və şəkil vermək üçün yalnız qaşların uc qisimləriylə oynamalarıdırlar. Beləcə gözlərinin daha çəkici görünməsini təmin edə bilərsiniz. Necəmi? Qaşların uca doğru olan bir iki santimetrlik qisimini tamamilə ala bilərlər. Ardından da bir qaş qələmiylə təbii qaş xəttinin dərhal üzərinə yeni bir xətt çəkə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB