Kardioloqlar yaxın zamanda insan orqanizmində ürək əzələsini yetişdirməyi planlaşdırır. Böyük Britaniya alimləri yeni cihaz icad ediblər. SİA-nın məlumatına görə, həmin cihaz ürəyin özünübərpa etmə proqramı funksiyasını həyata keçirir.
Alimlər sübut ediblər ki, ürək özünübərpa etmə funksiyasına qadirdir. Məhz buna görə də alimlər bu prosesi həyata keçirən cihaz icad ediblər.
Özünübərpa etmə prosesi molekulyar timozin sayəsində başlanır və nəticədə ürək özü-özünü hüceyrələrlə təmir edir. Qeyd edək ki, insan orqanizmindəki qan-damar sistemi və embrionların əzələləri məhz bu hüceyrələrdən ibarətdir.
Londonun Universitet kollecinin alimləri "Britaniya Ürək Fondu"nun kordiologiya üzrə mütəxəssisləri ilə birgə siçanda yeni ürək əzələsi yetişdiriblər. Bir ay sonra isə siçanın ürəyi 25% bərpa olunub.
İnsan orqanizminə gəlincə, ürəyin hətta 10%-lik bərpa edilməsi ürək xəstələri üçün daha yaxşı təsir edir və sağlam həyat sürməsinə imkan yaradacaq.
Kardioloqlar yaxın zamanda insan orqanizmində ürək əzələsini yetişdirməyi planlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB