\"Facebook\"dan istifadə edən azərbaycanlıların isə 400 mini keçib

\"Facebook\"dan istifadə edən azərbaycanlıların isə 400 mini keçib

\"Facebook\"-un reklam verənlər üçün açdığı rəqəmlərdən yararlanaraq hazırladığı statistikaları birləşdirən Socialbaker saytı növbəti update-ini edib. SİA-nın xəbərinə görə, bu dəfəki göstəricilərdə artıq yuvarlaqlaşmaları görmək olar. Sürətlə istifadəçiləri artan şəbəkənin üzvləri 700 milyondur. İndiyə qədər statistik göstəricini vurğulayan zaman 700 milyon-a yaxındır deyilirdi. Artıq 700 milyondan artıqdır deyiləcək. \"Facebook\" 500 milyonuncu istifadəçisini açıqlayan zaman, bir sonrakı böyük təqdimatı 1 milyard istifadəçiləri olan zaman edəcəklərini demişdilər. Şəbəkənin üzvləri 1 milyarda bir az daha yaxınlaşıb.Statistikaya 213 ölkə düşüb. Azərbaycan isə 95-ci yerdədir. Azərbaycanın istifadəçiləri isə 400 mini keçib — 403 420.Azərbaycandan olan istifadəçilərin 46%-ni 18-24 yaşlı qrup təmsil edir.

Ötən dəfə açıqlanmış statistikalardan bu yana artım tempi 4% təşkil edib ki, bu da 15 mindən artıq deməkdir.



Bütün xəbərlər Facebook səhifəmizdə