Nyu Yorkda evlənmək üçün artıq fərqli cinslərdən olmağa ehtiyac qalmayıb. SİA-nın məlumatına görə,
Nyu Yorkun Əyalət Məclisi həmcins nigahına icazə verən qanun qəbul edib. Demokratların nümayəndəsi olan əyalət qubernatoru Andrev Cuomo tərəfindən təqdim olunan qanun layihəsi 80 səs çoxluğu ilə qəbul olunub. \"Marriage Equality Act\" (Evlilik Bərabərliyi Qanunu) adlı qanuna əsasən, cütlərin evlənməsi, ailələrini qoruyaraq və konstitusional haqqlarını tanıyaraq əlaqələrinin rəsmiləşdirilməsi üçün ayrı cinsiyyətdən olmaları zəruriliyiaradan qaldırılıb.
Xatırladaq ki, buna bənzər qanun layihəsi sonuncu dəfə 2009-cu ildə Nyu Yorkun əyalət senatı tərəfindən rədd edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB