Məktəb illərində bəzi faktların doğru olduğuna inanırdıq. SİA-nın xəbərinə görə, amma bu heç də belə deyil. Gəlin doğru olanları öyrənək.
1. Su bizə göy rəngdə görünür ona görə yox ki, göy səmanı əks etdirir. Səbəb - suyun molekulları göydən başqa günəş spektrinin bütün şüalarını udur. Bu effekt demək olar ki, gözlə görünmür. Amma suyun dərinliyi 1 metrə (və daha çox) çatırsa, onda daha yaxşı görünur. Buna görə, məsələn, gölməçələr bizə göy görünmür.
2. İlin fəsilləri – uzunluğuna görə heç də eyni deyil. Ona görə ki, Yer kürəsi daha sürətli hərəkət edir. Yerin orbiti Günəşə yaxınlaşdıqda Cənub yarımkürəsində yay (müvafiq olaraq, Şimal yarımkürəsində qış) - ilin ən qısa mövsümüdür.
3. Belə bir deyim var ki, hava həddindən artıq soyuq olduqda soyuqdəymə olur. Bu ifadə səhvdir. Əslində hava temperaturunun soyuqdəymə ilə heç bir əlaqəsi yoxdur. Soyuqdəymə viruslar nəticəsində yayılır.
4. Saturn - \"halqalarla\" olan yeganə planet deyil. Yupiter, Uran və Neptun həmçinin halqalara malikdir. Amma Saturnun halqası kosmosdan daha yaxşı görülür.
5. Belə bir fikir var, buludlar ona görə yaranır ki, isti havaya nisbətən soyuq hava özündə daha az su buxarı saxlayır, bu yanlışdır. Bütün iş suyun öz temperaturu və ətraf mühitin temperaturundadır. Məhz o rütubətliliyə, buxara və buludların formalaşmasına təsir edir.
6. Çoxları əmindirlər ki, Yer kürəsinin kürə şəklində olduğunu ilk dəfə Xristofor Kolumb sübut edib. Əslində Kolumbdan əvvəl dənizçilər bilirdilər ki, Yer kürəsi hansısa sferanı təşkil edir. Onlar yalnız Hindistana qədər məsafənin təyinində Kolumbla razı deyildilər.
7. Böyük Çin Səddi yalnız aşağı orbitdə onlara kosmosdan görülüb. Amma belə orbitdə yolları, dənizdə gəmiləri, dəmir yollarını, sahələri və hətta bəzi binaları tamamilə ayırd etmək olar. Daha yüksək orbitlərdən yerin səthindəki nəyisə ayırd etmək qeyri-mümkündür.
8. Radioaktivlik – bu insanın yaradıcılıq məhsulu deyil. Təbii bizi əhatə edən hər şey radioaktivdir. Yer qabığı radiasiyanı saçır, kosmik şüa və günəş radiasiyası — bu nəhəng gücün mənbələridirlər. Planetin regionundan asılı olaraq təbii radioaktivliyin səviyyəsi saatda 5-dən 20 mikrorentgenə qədər olur.
9. Antibiotiklər virusları öldürmür. Adından göründüyü kimi, onlar bakteriyaları öldürürlər. Buna görə qrip kimi virus xəstəlikləri vaxtı antibiotikləri içmək faydasızdır.
10. Ayda \"tünd tərəf\" yoxdur. Ay Yer kürəsiylə sinxron orbitdədir. Nə vaxt ki, Ay Günəş və Yer kürəsi arasında durur – Ayın əks tərəfi üçün bu \"gündüz\" vaxtı, görünən tərəfi üçün isə \"axşam\" vaxtıdır. Nə vaxt ki, Günəşin və Ayın arasında Yer kürəsi durur - Ayın əks tərəfi üçün \"axşam\" vaxtı və görünən tərəfi üçün isə \"gündüz\" vaxtı başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB