Diş ləkəsi

İctimai həyatın ən böyük düşmənlərindən olan diş ləkələri əsasən tükətdiyimiz qidalardan qaynaqlanır. SİA-nın xəbərinə görə, indiki zamanda da ağız və diş sağlamlığının əhəmiyyəti yalnız bir ehtiyacdan çıxaraq gözəl və baxımlı dişlər özünə güvən üçün son dərəcə əhəmiyyətlidir.

Diş ləkəsi nədir?

Dişlərin mina təbəqəsində yaranan yediyimiz və içdiyimiz qidalardan qaynaqlanan ayrıca müalicə müddətində istifadə edilən antibiotiklərdən də meydana gələ bilən ləkələrdir. Diş ləkələri adamı görünüş baxımından narahat edir. Qısa lakin davamlı müalicə sayəsində asanlıqla təmizlənə bilir.

Yemək və içkilərə diqqət!

Dişlərdə ləkələnmələrə səbəb olan qidaları sıralayan həkimlər diş baxımına diqqət göstərənlərin bu qidaların istifadə olunma nisbətlərinə diqqət yetirmələri lazım olduğunu söyləyirlər.


Qazlı su və kola: İçkilər tərkiblərindəki qatı turşu səbəbi ilə diş minasında ləkə əmələ gətirir.


Qırmızı və ağ şərab: Qırmızı şərab dişlərdə tünd rəngi səbəbi ilə ağ şərab isə tərkibindəki turşu səbəbiylə dişlərdə ləkə yaradır.


Qəhvə və çay: Çay və qəhvə olduqca çox istifadə olunan bir içkidir, lakin tərkiblərindəki kafein və təbii rəngləndiricilər səbəbi ilə dişlərdə ləkə yaradır. Kök suyu və vişnə suyu kimi içkilər diş ləkələrinə səbəb olur.


Hazır qidalar: Enerji içkiləri və hazır qidalarda olan qida boyaları da ləkə meydana gəlməsini sürətləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə