Ağ və qəhvə rəngli yumurtaların fərqi nədir?

Ağ və qəhvə rəngli yumurtaların fərqi nədir?

Bazardan və ya marketdən yumurta alarkən qabığının rəngi sizin üçün əhəmiyyətlidirmi? Bu barədə bir seçiminiz varmı? Sizcə qabıq rəngləri fərqli olan yumurtaların içləri də qida dəyəri olaraq fərqli ola bilərmi? Toyuqların nə üçün bəzilərinin yumurtaları ağ, bəzilərinin açıq qəhvə rənglidir?

Bu mövzuda iki zidd, amma ikisi də səhv olan fikirlər var. SİA-nın xəbərinə görə, qabıqdakı ağ rəngin, yumurtanın ideal yaranışını tamamladığını göstərdiyini, bundan başqa bir rəng dəyişməsinin keyfiyyətdə eniş mənasını verdiyini iddia edənlər və qabığın rəngi nə qədər tünd olsa qida baxımından da o qədər qiymətli olduğunu irəli sürənlər də var. Qida dəyəri, ləzzət və bişmə xarakteristikaları baxımından hər iki rəng yumurtanın da içi eyni dəyərdədir. Hər iki yumurtada da eyni miqdarda zülal, mineral və vitaminlər (C vitamini xaric) vardır. Təbii toyuğun yediyi yemin keyfiyyəti də müəyyən fərqlər yarada bilər. Yumurtanın içi deyil də qabığının rəngi ilə haqlı olaraq maraqlananlar yalnız onları qablaşdıranlar və satanlardır, çünki bir paketdə həmişə eyni rəngin olması müştəri tərəfindən seçilməkdədir. Təbiətdə yaşayan heyvanların yumurtalarını rəngli və ya tünd rəngdə, hətta kölgəli və xəttli şəkildə yumurtlamalarının əsas səbəbi, bu yumurtaları yemək istəyən düşmənlərinə qarşı kamuflyaj edərək nəsilin davamını təmin etməkdir. Yumurtaların qabıqlarının rənglərini, toyuğun mənşəyinə, atalarının yaşadığı yerlərə bağlayanlar da var. Bu fikirə görə Asiya mənşəli toyuqların yumurtaları qəhvə rəngli, Aralıq dənizi sahilləri mənşəlilərin isə ağ olur. Daha çox qəbul görən bir başqa fərziyyəyə görə isə ağ qabıqlı yumurtalar ağ pipikli və qulaq məməsi ağ olan toyuqlar tərəfindən yumurtlanırmış. Pipik və qulaq məməsi qırmızı olanlar isə qəhvə rəngli qabıqları olanları yumurtlardır.


Qabığı hansı rəng olursa olsun sizə yumurta ilə əlaqədar bəzi faydalı məlumatlar:


Yumurtanı qaynadıb qaynatmadığınızı unutdunuz. Masanın üstündə fır-fıra kimi fırladın. Əgər dərhal dayanırsa təzə yəni bişməmiş, bir az daha uzun müddət dönməyə davam edirsə içi bərk yəni qaynadılmış deməkdir. Yumurtanın təzəliyi ilə maraqlanırsınızsa suya qoyun, təzədirsə suda batacaq, bayatdırsa üzəcək. Yumurtada az qala həyati bütün vitaminlər vardır. Olmayan tək vitamin C vitaminidir. Yumurtanın qida dəyəri yüksək olan qisimi sarısıdır. Ağı və sarısı qarışdırılaraq, bişirilən yumurtalarda, ağdakı bəzi maddələr sarıdakı vitaminlərin bir qisiminin təsirlərini yox edir.

Kalori baxımından ət və süd ilə müqayisə edildiyində 55 qramlıq bir yumurta, 40 qram yağlı mal ətinə və ya 100 qram yağlı südə ekvivalentdədir.


Bütün xəbərlər Facebook səhifəmizdə