ABŞ-nın ən bahalı evi-FOTOSESSİYA

ABŞ-nın ən bahalı evi-FOTOSESSİYA
ABŞ-da ən bahalı ev 22 yaşlı gənc bir qıza məxsusdur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir çox məşhur insana ev sahibliyi edən Los-Angelesdəki bu malikanə hollandiyalı prodüsser Aaron Spellingin dul həyat yoldaşı Sindi Spelling tərəfindən 2 il əvvəl satışa çıxarılmışdı. Bu qiymətli malikanə \"Formula -1\" varislərindən olan Petra Eklestona təxminən 150 milyon dollara başa gəlib. Amerika mətbuatı evin ABŞ-da bu günə qədər satılan ən bahalı ev olduğunu açıqlayıb. Beş mərtəbəli malikanədə 14 yataq otağı, 27 hamam, 1 gözəllik salonu, qolf sahəsi və 100 maşınlıq avtomobil parkı var.

Bütün xəbərlər Facebook səhifəmizdə