Küveytli iş adamı Yusif Əhməd Alghanimə aid olan və dünyanın ən lüks yaxtalarından biri hesab edilən ingilis bayraqlı \'\'Samar\'\' la bir həftəlik səyahətə çıxmağın qiyməti 650 min avrodur. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 77 metr uzunluğunda və 13 metr genişliyində olan möhtəşəm yaxta səhər saatlarında Mərmərə dənizinə daxil olduqdan sonra Netsel Marinanın ən böyük limanına yanaşan lüks yaxta vətəndaşların və turistlərin marağına səbəb olub. Alınan məlumata görə, \'\'Samar\'\' dünyanın 100 super mühərrikli gəmilər sinifi sırasında 69-cu sırada yer alır. 95 milyon avro dəyərində olan super lüks yaxtanın, bir həftəlik kirayəsi isə 650 min avrodur. Vertolyot üçün enmə meydanı ilə yanaşı, qonaqlar üçün ayrı lift, yemək otağı, bar, idman salonu, buxar otağı, iki hovuzu və bir avtomobili var. 7 kabineti olan yaxtada personalla birlikdə eyni anda 44 nəfər qala bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB