10 dəqiqəlik seçki prosesi

Ötən gün Türkiyədə növbəti parlament seçkiləri zamanı vilayətlərin birində "Ginnesin Rekordlar" kitabına düşəcək seçki prosesi keçirilib. SİA-nın xəbərinə görə, Türkiyənin Batman vilayətinin Yolverən kəndində saat 07.00-da başlayan seçki prosesi 07.10-da başa çatıb. Buna səbəb kənddə sadəcə 2 nəfərin yaşamasıdır.

Qeyd edək ki, ötən gün keçirilən seçkilər zamanı Türkiyədə səsvermə hüququ olan 50 389 265 nəfərdən 41 328 072 nəfəri səsvermə hüququndan istifadə edib. Nəticələrə görə, AKP 49,9 faiz, CHP 26 faiz, MHP 13 faiz, müstəqillər isə 5,9 faiz səs alıb.

Beləliklə, Türkiyə Böyük Millət Məclisində AKP-nin 325, CHP-nin 135, MHP-nin 54, müstəqillərin isə 36 millət vəkili olacaq. Bu nəticələrə görə, AKP üçüncü dəfə parlament seçkilərində qalib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə