Televizoru qaranlıqda seyr etməyin

Televizoru qaranlıqda seyr etməyin

Mütəxəssislər hər yaş qrupundakı insanların işıqlandırılmış məkanda televiziya verilişlərini seyr etmələrini araşdırıblar. SİA-nın xəbərinə görə, mütəxəssislərin şərhində: qaranlıqda televizora baxmağın məqsədəuyğun olmadığını, bunun sağlamlığa ciddi ziyan verə biləcəyini vurğulayıblar.

Bunun əvvəlcə gözə zərər verə biləcəyini bildirən mütəxəssislər: \"Qaranlıqda televizora baxmaqla davamlı yanıb sönən bir işığa baxmaq arasında heç bir fərq yoxdur. Həmçinin hər növ rəng də saniyələr içərisində dəyişir. Bundan əlavə, kanal dəyişdirərkən zülmət qaranlıq və dərhal sonra parlaq işıqlıq gözə ən böyük zərəri verdiyi açıqlanır. Göz bu vəziyyətə uyğunlaşmanı təmin etmək üçün çətinlik çəkir və yorğun düşür. Göz sağlamlığı baxımından bu vəziyyət son dərəcə zərərlidir. Göz sinirlərinin tez qocalmasına səbəb olar. Bundan başqa, görmə qüsurlarına səbəb olur. Xüsusilə uşaqlara qətiliklə qaranlıqda televiziya seyr edilməməlidir. Onların gözləri daha həssas olduğu üçün daha çox təsir edir-\" deyə bildirib.

Qaranlıqda davamlı yanan sönən işığa məruz qalanlarda epilepsiya xəstəliyinin daha sıx görüldüyünü vurğulayan mütəxəssislər, uzun müddət qaranlıqda televiziya seyr etməyin və bunu vərdiş halına gətirmənin bu xəstəliyi irəliləyəcəyini söyləyiblər.


Bütün xəbərlər Facebook səhifəmizdə