Saçlarda kəpək problemi

Kəpək problemi daha çox yağlı dəriyə malik insanları problemidir .Əslində xəstələrin çoxu həkimə mürəciətində saçlarının quru olmasından şikayətlənirlər. Parça- parça kəpək olmasını xəstələr quruluq kimi qəbul edirlər. Bu cür insanların əksəriyyətinin saçları yağlı tipə aiddir. Amma quru saç dərisinədə malik insanların saçlarında kəpək ola bilər. Kəpək probleminin konkret olaraq bir qida ilə əlaqəsi yoxdur. Məsələn hansısa bir qidanın saçlarda kəpək əmələ gətirməsi mümkün deyil. Əlaqə yalnız çox yağlı qidalarla qidalanan,çox ədviyyatlı qidalara üstünlük verən çox isti yeməklər yeyən insanlarda yağ ifrazatı artdığı üçün bu qidalar risk faktoru ola bilər. Kəpək problemi yaşlı insanlarda parkinson xəstəliyi ilə birgə yarana bilər. Kəpək problemində bir çox saç şampunları istifadə olunur. Bu tip şampunların tərkibi antimikrobakteriyal, antimukotik, yağlanmanı azaldan faktorlar ilə zəngin olan şampunlardır. Problemi aradan qaldırmaq üçün bü cür şampunlardan hər zaman istifadə etmək vacibdir. Bəzən xəstələr saçlarını hər gün yumaqla kəpək problemini həll edəcəklərini düşünürlər. Amma tam əksinə bu kəpəyin artmasına gətirib çıxarır. Reflektor olaraq yağ ifrazatını artıran faktorlardandır. Kəpəyə qarşı istifadə olunan şampunların hər gün istifadəsi başda quruluğa gətirib çıxarır, ya da reflektor olaraq yağ artımına səbəb ola bilər. Əgər saçın hər gün yuyulmasına ehtiyac varsa belə həftədə 3 dəfə kəpək şampunlarından, digər günlərdə isə normal şampunlardan istifadə məsləhət görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə