Əgər sizin gözünüzün önündə bir insan yıxılıbsa və həyati əlamətləri göstərməsə, gecikdirmədən onun həyatını xilas etmək üçün tədbirlər görməyə başlayın. Ətrafdakılardan birinə Təcili Yardım çağırmağı tapşırın. Siz isə tənəffüs və nəbzin olub-olmamasını yoxlayın. Nəbzi yoxlamaq üçün 2-ci, 3-cü, 4-cü barmaqlarınızı boyuna, qulaq sırğalığından 4-5sm aşağı olmaqla qoyun və döyüntünü hiss etməyə çalışın. Tənəffüsü yoxlamaq üçün adi güzgü şüşəsini burun dəliklərinə və ya ağıza yaxınlaşdırın. Əgər güzgü tərləyərsə, demək tənəffüs var. Güzgü olmasa adi paltar sapından da istifadə edə bilərsiniz .Yenə sapı buruna yaxud ağıza yaxılaşdırın. Sap hərəkət edərsə tənəffüs var demkədir. Əgər nə tənəffüs nə də nəbz yoxdursa gecikmədən o dəqiqə süni tənəffüs və ürəyin qapalı masajını etmək lazımdır. Bu vəziyyətdə əsas odur ki, təlaşlanmayasan.Tez,dəqiq və sakit halda hərəkət etmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB